Polis əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozarsa, xidmətdən xaric edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanun bu halı xidmətdən xaric edilmənin əsaslarından biri kimi müəyyən edir. Bununla yanaşı, polis əməkdaşının adına ləkə gətirən hərəkətləri də belə qərarın qəbul edilməsinə səbəb ola bilər. Xidmət intizamının qorunması polis fəaliyyətinin təşkili və xidməti öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xidmətdən xaric edilmə proseduru müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.