Emitentin müəyyən sənədləri əvvəlcədən Mərkəzi Banka təqdim etdiyi və həmin sənədlərdə dəyişiklik olmadığı hallarda onların yenidən təqdim edilməsi tələb edilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Bu qayda hüquqi şəxsin qeydiyyatını təsdiqləyən sənədlərə, eləcə də qanunda göstərilən maliyyə hesabatlarına və kraudfandinq üzrə müvafiq sənədlərə aiddir. Təkrar təqdimetmədən azadolma üçün emitent Mərkəzi Banka bu barədə yazılı məlumat verməlidir. Sənədlərdə dəyişiklik olduqda isə onların yenidən təqdim edilməsi tələbi yarana bilər. Bu mexanizm dövlət qeydiyyatı prosesində eyni sənədlərin təkrar toplanmasının qarşısını almağa xidmət edir.

