Mərkəzi Bank emissiya ilə bağlı pozuntulara dair qərar qəbul etdikdən sonra həmin qərarı bir iş günü ərzində müvafiq şəxslərə çatdırmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qərar emitentə, qiymətli kağızların təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə təqdim edilməli və mediada açıqlanmalıdır. Qərarı alan emitent və digər aidiyyəti şəxslər bu barədə dərhal mediada məlumat verməlidirlər. Kütləvi təklif edilmiş qiymətli kağızlar üzrə məlumat qanunun 7.1-ci maddəsində nəzərdə tutulan vasitələrlə də açıqlanmalıdır. Aidiyyəti şəxslər Mərkəzi Bankın müəyyən etdiyi müddətdə pozuntuları aradan qaldırmalı və görülən tədbirlər barədə tənzimləyiciyə hesabat təqdim etməlidirlər.