Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxınlarına və ya əlaqə saxlaması qanuni maraq doğuran digər şəxslərə məlumat vermək imkanı ilə təmin olunmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Şəxs harada saxlanıldığı və tutulması və ya həbsə alınması barədə telefonla və ya digər vasitələrlə məlumat verə bilər. Qanunda nəzərdə tutulan istisnalar xaricində polis əməkdaşı həmin məlumatı şəxsin əvəzinə öz təşəbbüsü ilə verməməlidir. Tutulan şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlıq edən milli və ya beynəlxalq təşkilata dərhal məlumat verilməlidir. Məlumatın verilməsi qeydə alınmalıdır.