
Polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etdikdə müvafiq polis orqanında xidməti yoxlama keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Yoxlamanın məqsədi tətbiq edilmiş tədbirlərin qanunauyğunluğunu qiymətləndirməkdir. Araşdırmanın nəticəsinə əsasən, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqinin qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir. Bu tələb polis əməkdaşlarının səlahiyyətlərindən istifadə etməsinə nəzarət mexanizminin bir hissəsidir. Qanunsuz tətbiq halları isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaradır.
