Polis orqanlarının sosial müdafiəsi və maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müəyyən cinayət işləri üzrə dövlət büdcəsinə daxil olan vəsaitin bir hissəsi ayrılır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə büdcəyə köçürülən vəsaitin 5 faizi müvafiq xəzinə hesabına yönəldilir. Cinayət məsuliyyətindən azad edilmə ilə bağlı dövlət büdcəsinə edilən ödənişlərdən daxil olan vəsaitin də 5 faizi həmin hesaba köçürülür. Vəsaitin istifadəsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyir. Bu maliyyə mexanizmi polis orqanlarının resurslarının gücləndirilməsi üçün nəzərdə tutulub.