
Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, zəmanət müddəti, alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi vaxtdan hesablanır. Yararlılıq müddəti isə malın hazırlandığı gündən hesablanır. Bu müddətlərin hesablanması istehlakçıların hüquqlarının qorunması baxımından əhəmiyyət daşıyır. Satıcılar yararlılıq müddəti bitmiş malları satışa çıxara bilməzlər. Bu tələb istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunmasına xidmət edir.
