Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər borclunun iflası ilə bağlı məhkəməyə iddia ərizəsi təqdim edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclu fərdi sahibkar olduqda iflas haqqında ərizə onun özü və ya nümayəndəsi tərəfindən verilir. Qanunda müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının da mümkün olduğu göstərilir. İflas haqqında işlərə borclunun yaşadığı və ya olduğu yer üzrə baxılır. Beləliklə, iflas prosesinin başlanması zamanı ərizə vermək hüququ olan şəxslər və işə baxılmalı məhkəmənin yeri qanunla müəyyən edilir.