
İflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayət verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Şikayət bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada verilməlidir. Beləliklə, məhkəmə qərarından şikayət verildikdə borclunun əmlakının satışı davam etdirilə bilməz. Eyni zamanda, kreditorlara ödənişlərin həyata keçirilməsi də dayandırılır. Bu qayda şikayətə baxıldığı müddətdə borclunun əmlakının və kreditorların maraqlarının qorunmasına xidmət edir.
