Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun sahibi nişanın yenisi ilə əvəz edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yeni nişan verilərkən əvvəlki nişanın rəqəm və hərflər kombinasiyası saxlanılır. Müraciət və nişanın dəyişdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu hüquqdan nəqliyyat vasitəsinin sahibi ilə yanaşı, ona sərəncam vermək hüququ olan digər şəxs də istifadə edə bilər. Beləliklə, nişanın yararsız hala düşməsi onun kombinasiyasının dəyişdirilməsini zəruri etmir.
