Nəqliyyat vasitəsini idarə etmək üçün şəxsin sağlamlıq cəhətdən yararlı hesab edilməsinin əsaslarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sürücülüyə mane olan xəstəliklərin və fiziki pozuntuların siyahısı da həmin qurum tərəfindən təsdiqlənir. Sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına göndərilir. Bu məlumatlar şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun müəyyənləşdirilməsində nəzərə alınır. Beləliklə, sürücülərin sağlamlıq vəziyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.