Müvəqqəti əmlak inzibatçısının səlahiyyət müddəti ərzində borcluya və ya onun əmlakına dair iddialar məhkəmədə araşdırıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə iddialara qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır. Müvəqqəti əmlak inzibatçısı isə təyin edildikdən sonra borclunun maliyyə vəziyyətinin ilkin təhlilini aparmalıdır. Bu məqsədlə o, borclunun müdirindən və ya sabiq müdirindən müvafiq məlumat və sənədləri tələb edə bilər. Həmçinin borclunun təsərrüfat fəaliyyəti barədə məlumatlara və sənədlərə malik olan digər şəxslərdən də zəruri məlumatları almaq hüququ var.