Əmlak inzibatçısı borclunun aktivlərinin inventarizasiyasını aparmalı və onların dəyərini müəyyən etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. İnzibatçı bu işə zəruri hesab etdiyi ekspertləri də cəlb edə bilər. Borclunun əmlakı, o cümlədən təminatlı kreditora məxsus təminat satılarkən kreditorların kommersiya mənafeləri qorunmalıdır. Satış zamanı mümkün olan ən yaxşı qiymətə nail olmaq inzibatçının vəzifələrindən biridir. Bu tələblər borclunun aktivlərinin düzgün qiymətləndirilməsini və satışından əldə olunan vəsaitin mümkün qədər yüksək olmasını nəzərdə tutur.