Məhkəmə kreditorlarla bağlanmış barışıq sazişini təsdiq etmədikdə əlavə müzakirə keçirilməsi barədə göstəriş verə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bu halda məhkəmə sazişin və ya ona düzəlişlər edilmiş variantın kreditorların əlavə yığıncağında müzakirə olunmasını nəzərdə tuta bilər. Saziş kreditorların yığıncağında qəbul edildikdən və məhkəmə tərəfindən təsdiqləndikdən sonra bütün kreditorlar üçün məcburi qüvvəyə malik olur. Bu, yığıncaq barədə bildiriş almış kreditorların sazişin lehinə və ya əleyhinə səs verməsindən asılı deyil. Yığıncaqda iştirak etməyən kreditorlar da təsdiq edilmiş sazişin şərtlərinə əməl etməlidirlər.