Məhkəmə borclu müəssisənin sağlamlaşdırılması tədbirlərinə baxarkən maraqlı hüquqi və fiziki şəxslərin iştirakı üçün açıq müsabiqə elan edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Müsabiqədə iştirak etmək istəyən şəxslərə müraciət üçün bir ay müddət verilir. Həmin müddətdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər olmadıqda sağlamlaşdırma prosesi həyata keçirilmir. Eyni qayda sağlamlaşdırma ilə bağlı təklif olunan şərtlərlə borclunun razılaşmadığı hallara da şamil edilir. Bu hallarda müəssisənin iflası haqqında iş ümumi qaydada davam etdirilir.