Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisənin müvafiq qərarı əsasında başlanıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclu dövlət müəssisəsi olduqda belə qərarın qəbulunda müvafiq icra hakimiyyəti orqanı da iştirak etməlidir. Qərar qəbul edilərkən ehtimal olunan əmlak inzibatçısı da təyin olunur. Həmin qərarın qəbul edildiyi tarix məhkəmənin iştirakı olmadan iflas prosesinə başlanma anı hesab edilir. Bu qayda borclu müəssisənin məhkəməyə müraciət etməklə iflas prosesinə başlaması imkanını istisna etmir.