Azərbaycanda yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitələri qanuna əlavə edilmiş 1 saylı Əlavədə müəyyən olunan tələblərə cavab verməlidir. Texniki cəhətdən nasaz olan və qanunda göstərilən nəqliyyat vasitələrinin yol hərəkətində iştirakına yol verilmir. Bu tələblərin yerinə yetirilməsi nəqliyyat vasitəsi sahiblərinin və texniki vəziyyətə cavabdeh şəxslərin öhdəliyidir. Onlar nəqliyyat vasitələrinin istismarı zamanı texniki vəziyyətə dair müəyyən edilmiş qaydalara riayət etməlidirlər.