Qanuna uyğun vəzifələrini yerinə yetirən əmlak inzibatçısının fəaliyyətinə müdaxilə edilməsinə və ya mane olunmasına yol verilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə hərəkətlərdə təqsiri olan şəxslər qanunvericilikdə və müvafiq qanunda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb oluna bilərlər. Əmlak inzibatçısının müraciəti məhkəmə tərəfindən təmin edildikdə, məhkəmə aktında maneçilik törədən şəxslərə və ya müvafiq dövlət orqanlarına zəruri göstərişlər verilə bilər. Bununla yanaşı, əmlak inzibatçısı fəaliyyəti nəticəsində mülkiyyətçiyə, borcluya və ya kreditora vurduğu ziyana görə məsuliyyət daşıyır. Ziyanın ödənilməsi qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

