Borclunun əmlakının hamısı və ya bir hissəsi açıq hərracda satılmadıqda əmlak inzibatçısı həmin əmlakı digər üsulla sata bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə satış mümkün olan ən münasib yüksək qiymətlə həyata keçirilməlidir. Əmlak inzibatçısı satış zamanı əmlakın bütün tərkib hissələrini məhkəməyə təqdim etdiyi hesabatlarda müfəssəl göstərməlidir. Dövlət müəssisələrinin aktivlərinin satışı ilə bağlı isə müvafiq icra hakimiyyəti orqanı başqa qayda müəyyən edə bilər. Bu müddəalar hərracda alıcı tapılmadığı hallarda əmlakın satışının davam etdirilməsinə imkan yaradır.