Müəyyən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər avtobus, tramvay və trolleybus idarə etməyə buraxılmırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan şəxslər də bu nəqliyyat vasitələrini idarə edə bilməzlər. Son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməyə görə sürücülük hüququndan məhrum edilən şəxslərə də belə məhdudiyyət tətbiq olunur. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə son iki ildə sürücülük hüququndan məhrum edilmiş şəxslər də avtobus, tramvay və trolleybus idarə edə bilməzlər. Bu məhdudiyyətlər sərnişin daşınmasında təhlükəsizliyin təmin olunmasına yönəlib.
