Nəqliyyat vasitələri duracaqlarının və qarajlarının sahibləri banın hissələri zədələnmiş avtomobilləri saxlanca qəbul etməməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu qadağanın istisnası yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardır. Beləliklə, avtomobilin banında zədələrin olması onun saxlanca qəbul edilməsi zamanı nəzərə alınmalı əsas şərtlərdən biridir. Digər tərəfdən, duracaq və qaraj sahibləri saxlanılan nəqliyyat vasitəsinin oğurlanması və ya qaçırılması barədə müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər. Bu öhdəliklər saxlanca qəbul edilmiş avtomobillərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.