Borclunun ləğv edilməsinin qarşısını almaq üçün sağlamlaşdırma tədbirləri həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin maliyyə yardımı göstərilməsi yolu ilə bərpası üsuludur. Bu yardım borclunun mülkiyyətçisi, kreditorlar, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən göstərilə bilər. Sağlamlaşdırmanın əsas məqsədi müəssisənin fəaliyyətinin davam etdirilməsi və ləğv edilməsinin qarşısının alınmasıdır. Beləliklə, maliyyə dəstəyi borclunun öhdəliklərini yerinə yetirmək imkanlarının bərpasına yönəldilir.