Nəqliyyat vasitələrinin sahibləri və onların texniki vəziyyətinə cavabdeh şəxslər avtomobillərin saz vəziyyətdə saxlanılmasını təmin etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bunun üçün nəqliyyat vasitələrinə istismar müddətində vaxtlı-vaxtında texniki xidmət göstərilməlidir. Texniki vəziyyəti dövlət standartlarına və yol hərəkəti qaydalarına uyğun olmayan avtomobillərin istismarına yol verilməməlidir. Eyni qadağa müəyyən edilmiş qaydada qeydiyyata alınmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan və ya avadanlığı dəyişdirilən nəqliyyat vasitələrinə də aiddir. Qanunla nəzərdə tutulan hallarda texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı da yolverilməzdir.

