Borclu iflas haqqında iş üzrə icraata xitam verilməsi məqsədilə kreditorlara barışıq sazişi bağlamağı təklif edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə saziş borcluya ödənişlər üçün möhlət verilməsi, borcların hissə-hissə ödənilməsi və borclara güzəşt edilməsi imkanlarını nəzərdə tuta bilər. Kreditorlarla barışıq sazişləri iflas prosesinin hansı qaydada başlanılmasından asılı olmayaraq, həmin proses çərçivəsində bağlana bilər. Məhkəmənin iştirakı ilə başlanılan iflas prosesində əmlak inzibatçısı saziş bağlanmasının mümkünlüyünü araşdırmalıdır. O, sazişin kreditorların mənafelərinə uyğun olub-olmaması barədə kreditorlara və məhkəməyə hesabat verməlidir.
