Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 24-ü saat 16 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova Yasamal rayonunda yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
