Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda əksini tapıb.
Qanun əlilliyə səbəb olan risklərin aradan qaldırılmasını və ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsini tənzimləyir. Həmçinin əlilliyi olan şəxslərin reabilitasiyasını və sosial inteqrasiyasına şərait yaradılmasını təmin edir. Qanun, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının bərabər səviyyədə həyata keçirilməsini də nəzərdə tutur.
