Vəkil Zaur Məmmədov intihar edib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Zaur Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Vəkil Bürosunda fəaliyyət göstərib.