Tikinti təşkilatının avadanlıq şöbəsinin rəisi bütün istehsalat və yardımçı bölmələrdə fəaliyyət göstərək quraşdırılmış avadanlıqların fasiləsiz işləməsini təmin edir və vahid plan-xəbərdaredici təmir sisteminə uyğun olaraq, onların vəziyyətinə nəzarət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda tikinti təşkilatının avadanlıq şöbəsinin rəisi təmirdən çıxmış və yeni alınmış avadanlıqların qəbulu üzrə akdların tərtibat və rəsmiləşdirilməsini yerinə yetirir. Avadanlıqların qəzaya uğramasının və sınmasının araşdırılmasında və bu barədə aktların tərtib edilməsində iştirak edir. Avadanlıqların qəza vəziyyətinə düşməsi və sınması-üzrə təhlil aparır və nəzarət edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər işləyib hazırlayır. Avadanlıqlara olan tələbatı əsaslandırmaq və onların alınması  üçün sifarişləri tərtib etmək məqsədləri ilə, müvafiq hesablama materiallarını hazırlayır. Daxil olan avadanlıqların bölmələr üzrə paylanmasında iştirak edir.  Artıq və istifadə olmayan avadanlıq, mexanizm və aqreqatları aşkar edir.  İstifadəsiz qalan avadanlıqları təşkilatın daxilində yenidən payşdırılmasını və ya kənar təşkilatlara realizasiya olunmasını təmin edir.