Daxili audit funksiyası risklərin idarə edilməsi sisteminin üçüncü müdafiə xəttidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

O, investisiya şirkətinin və onun nüfuzunun qorunması üçün Müşahidə Şurasına və icra orqanına investisiya şirkətinin daxili nəzarət və risklərin idarə edilməsi sisteminin keyfiyyəti və effektivliyi ilə bağlı müstəqil dəstək xidmətini təmin edir.