Hüquqi şəxs bölündükdə (ayrıldıqda) bölünmə (ayrılma) nəticəsində yaranmış qeyri-kommersiya qurumuna yeni qeydiyyat nömrələri, tarixi, adı, hüquqi ünvanı, hüquqi varislik barədə bölünən hüquqi şəxsə dair dövlət reyestrində qeydlər aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Yeni yaranmış qeyri-kommersiya qurumu dair dövlət reyestrində bölünmüş təşkilatın qeydiyyat nömrəsinə, tarixinə, adına, hüquqi ünvanına və hüquqi varisliyə istinad edən qeydlər yazılır.