Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror girovun dövlət nəfinə keçirilməsi barədə təqdimatla məhkəməyə müraciət edir.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.