Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Belə şikayət olmadığı halda ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır.