Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısında olan layihələrin icrası növbəliliyi müəyyən edildikdən sonra səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılması və ya birbaşa danışıqlar əsasında həyata keçirilməsi barədə qərar qəbul edir.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqə keçirilmədən birbaşa danışıqlar əsasında həyata keçirilməsinə qanunla müəyyən edilmiş hallarda yol verilir.