Təhqiqat və ya istintaq orqanının müddətin bərpasından imtina etməsindən prokurora şikayət verilə bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmənin buraxılmış müddətin bərpasından imtina etməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyəti daxilində ona müraciət etmək üçün buraxılmış müddəti bərpa etmək hüququ vardır. Digər prosessual müddətlərin uzadılması və ya bərpa olunması məsələsi Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həll edilir.