Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Əməkdar həkim Mahir Babayev yaş senzinə görə işdən çıxarılıb.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.
Onun yerinə həkim Samir Aslanbəyli təyin olunub.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova faktı təsdiqləyib:
“M.Babayev yaş həddinə görə işdən çıxarılıb. Uzun müddətli və səmərəli fəaliyyətinə görə V.Qurbanov tərəfindən təltif olunub”.
Qeyd edək ki, 68 yaşlı Mahir Babayev 1989-cu ildən bu tibb müəssisəsində çalışırdı.
2007-ci ildən direktor müavini kimi fəaliyyətini davam etdirib. 2017-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.