Kataloqlaşdırma aparmaq üçün fondlar və ya bir qrup iş seçilərkən ayrı-ayrı siyahılar üzrə fondların və siyahıların kataloqlaşdırma növbəsini müəyyənləşdirmək məqsədi ilə bu sənədlərdən istifadə intensivliyi və prespektivliyi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Kataloqlar sistemli, fənn-mövzulu, fənn, adlı və s. bölgü üzrə yaradılır. Kataloqun bu və ya başqa qaydada yaradılması sənədlərin tərkibindən və kataloqlaşmanın məqsədindən asılı olaraq müəyyən edilir.