Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsinə aydın gətirilib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına aşağıdakı hallarda səbəb olur:
– təhqiqatçı, müstəntiq və ya prokuror cinayətin törədilməsini göstərən halları, yaxud cinayətin törədilməsindən dərhal sonra onun izlərini və nəticələrini aşkar etdikdə;
– təhqiqatçı cinayət haqqında məlumatı təhqiqat orqanının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarından və müvafiq olaraq digər cinayətin təhqiqatı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;
– müstəntiq cinayət haqqında məlumatı digər cinayətin istintaqı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;
– prokuror cinayət haqqında məlumatı bu Məcəllənin 84-cü maddəsinə müvafiq olaraq digər cinayətin ibtidai araşdırması və ya məhkəmə icraatı zamanı, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;
– məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda.
