Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən altan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.