Aprelin 22-də Bərdədə 23 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edib.

Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-cı il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat veriblər.

Aprelin 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Bu gün  Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanbildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.