Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə, qarşılıqlı surətdə asılı olan şəxslərdir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Eyni zamanda bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədirsə, şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlərsə, şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlərsə, qarşılıqlı surətdə asılı olan şəxslərdir.

Bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir.