İstehsalat binalarının daşıyıcı və çəpərləyici konstruksiyalarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Texnoloji proses nəticəsində neft məhsullarının buxarlarının ayrılması mümkün olan otağın hər iki tərəfində (başında və sonunda) azı iki çıxış olmalıdır. Bu otaqlarda pəncərə layları və bütün qapılar bayıra açılmalıdır.