Pandus və lociya belə olur

25 Aprel 2024, 09:45

Pandus müxtəlif səviyyələrdə olan səthləri əlaqələndirən yastı maili kommunikasiya qurğusu,  aerasiya əvvəlcədən hesablanmış həcmlərdə həyata keçirilən və tənzimlənən təbii təşkil edilmiş ventilyasiya, terras binaya bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydançadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.

Lociya xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahədir.