Müsabiqənin və müsahibənin keçirilməsi və namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin aparatında yaradılan Komissiyanın üzvlərinin səlahiyyətlərinə hansı hallarda xitam verildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

– ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edilərək, üç ayadək müddətdə sərəncamda olduqda;

– öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

– miqrasiya orqanlarında qulluq keçməsinə xitam verildikdə;

– bu Qaydalarda göstərilən vəzifələri icra etmədikdə;

– vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

– vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda.