Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməli olduğu yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Tərəflərin razılığı olduğu təqdirdə, beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və arbitraj mübahisəsi tərəflərindən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer və ya tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqda, həmin tərəfin adətən yaşadığı yer (tərəf fiziki şəxsdirsə) və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer (tərəf hüquqi şəxsdirsə) Azərbaycan Respublikası ərazisində yerləşdikdə, bu Məcəllənin 478.1.1 – 478.1.3-cü maddələrində qeyd edilən yardım funksiyalarına münasibətdə ərizə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.