İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında kateqoriyalar üzrə rəy verirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:
A – hərbi xidmətə yararlıdır;
B – sıradankənar hərbi xidmətə yararlıdır;
C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
Ç – hərbi xidmətə müvəqqəti yararsızdır;
D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.
