Xarici qurğuların xidmət meydançalarında hava mühitinin yoxlanılması işçi zonada, küləktutmayan tərəfdən, nasoslardan, siyirtmə və digər avadanlıqdan 2-3 m məsafədə həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Doldurma estakadalarında texnoloji əməliyyat zamanı işçi zonada hava mühitinin yoxlanılması estakadanın uzunluğu boyu azı üç nöqtədə, doldurma əməliyyatı yerinə yetirən işçinin nəfəsalma səviyyəsində həyata keçirilməlidir.