Xoşxassəli yenitörəmələrə görə şəhadətləndirilənlərə müalicə təklif olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Bu maddə müalicə qeyri-qənaətbəxş nəticələndiyi və ya ondan imtina edildiyi hallarda tətbiq olunur. Yuxarı tənəffüs yollarının tənəffüs və (və ya) səsyaratma funksiyasını mühüm dərəcədə pozan xoşxassəli yenitörəmələri, divararalığının mühüm kliniki təzahürlərlə müşayiət olunan (yerdəyişmə, döş qəfəsi orqanlarının sıxılması) xoşxassəli yenitörəmələri və tənəffüs orqanlarının mühüm kliniki təzahürlərlə (qan hayxırma, bronxostenoz və ya atelektazla) müşayiət olunan xoşxassəli yenitörəmələri “a” bəndinə aiddir.