Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddətinə aydınlıq gətirilib.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz:

– böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay;

– az ağır cinayətlər üzrə — 7 (yeddi) ay;

– ağır cinayətlər üzrə — 10 (on) ay;

– xüsusilə ağır cinayətlər üzrə — 13 (on üç) ay.