UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala vəsiqə qazanan komandalar bəlli olub.

Heftelik.az xəbər verir ki, Niderlandın AZ klubu doğma meydanda Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” (Donetsk) ilə 2:2 hesablı heç-heçə edib.

Lakin ilk oyunun nəticəsinə görə (ümumi hesab 2:5) Ukrayna təmsilçisi yarımfinala yüksəlib.

Fransanın “Strasburq” komandası Almaniyanın “Maynts 05” klubunu 4:0 hesabı ilə darmadağın edərək ümumi hesabda 4:2 üstünlüklə növbəti mərhələyə adlayıb.

Yunanıstanın AEK klubu İspaniyanın “Rayo Valyekano” komandasını 3:1 hesabı ilə məğlub etsə də, ilk oyundakı məğlubiyyətə görə (ümumi hesab 3:4) mübarizəni dayandırıb və yarımfinala İspaniya təmsilçisi yüksəlib.

İtaliyanın “Fiorentina” klubu isə İngiltərənin “Kristal Pelas” komandasına 2:1 hesabı ilə qalib gəlsə də, ümumi hesabda 2:4 geridə qaldığı üçün turnirlə vidalaşıb. Yarımfinala İngiltərə təmsilçisi yüksəlib.

Beləliklə, UEFA Konfrans Liqasında yarımfinalda “Şaxtyor”, “Strasburq”, “Rayo Valyekano” və “Kristal Pelas” komandaları mübarizə aparacaq.