Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.

Heftelik.az xəbər verir ki, bunu Report-a Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.